Beyləqanda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 14 dekabr tarixində xəbər verib.
29 yaşlı Səbuhi Muxtarlı idarə etdiyi "VAZ 21051" markalı avtomobillə Yuxarı Qarabağ kanalı - Daşburun yolunun Beyləqan rayonunun Mil qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun üzərində quraşdırılmış keçid qapısının beton dirəyinə çarpıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən Beyləqan Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılmaqla istintaq aparılır.