Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Report 23 noyabr tarixində xəbər verib.
43 yaşlı Məmmədov Sənan Kərəm oğlunun idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çarpılıb.
Xəstəxanaya çatdırılan S.Məmmədova bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.