31 mart - 1 aprel tarixlərində minatəmizləmə fəaliyyətinə həsr olunmuş konfrans iştirakçıları Ağdama səfər edib. Bu barədə Report məlumat yayıb.
Səfər çərçivəsində onlar Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) regional mobil sahə düşərgəsi, minatəmizləmə, tikinti və bərpa işlərinin gedişi ilə tanış olacaqlar.
“Humanitar Minatəmizləmə Fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədləri” adlı beynəlxalq konfrans ANAMA və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə dünyanın 30 ölkəsindən 120-dək iştirakçı iştirak edəcək.
Foto: Report
[URIS id=39715]