Bu gün “Türkiyə Gəzginlər Klubu” dərnəyinin beynəlxalq səyahətçiləri Qarabağ və Şərqi Zəngəzurda səfərdədirlər. Bu barədə Report oktyabrın 29-da xəbər verib.
Qonaqlar Şuşa qalası, Bülbülün ev muzeyi, Cıdır düzü, "Güllələnmiş heykəllər" kimi Şuşa şəhərinə məxsus bir sıra tarixi abidələri ziyarət ediblər.
Beynəlxalq səyahətçilərin səfəri üç gün davam edəcək. Onlar işğaldan azad olunmuş ərazilərdə 30 il ərzində törədilən erməni vəhşiliyinin izləri, eyni zamanda işğalın sona çatdırılması ilə Azərbaycanın bu ərazilərdə apardığı bərpa-quruculuq işləri ilə tanış olacaqlar.
Hazırda sayca beşinci olan bu səfərlər nəticəsində 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.