19 avqust saat 22:00-dan 20 avqust saat 06:00-dək və 20 avqust saat 22:00 dan 21 avqust saat 06:00-dək Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bibiheybət məscidindən Lökbatan dairəsinədək olan hissəsində (hər iki istiqamətdə) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçiriləcək. Bu barədə 19 avqust tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
İşlərin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur”, - məlumatda bildirilib.