Biləsuvar rayonunun həbsdə olan sabiq icra başçısı Mahir Quliyev apellyasiya şikayəti verib. Bu barədə aprelin 6-da Trend xəbər yayıb.
Şikayət Şirvan Apellyasiya məhkəməsinə təqdim edilib.
Mahir Quliyev 2020-ci il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, “mənimsəmə və israf etmə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”, “təkrar rüşvət alma” və “vəzifə saxtakarlığı” maddələrilə ittiham edilib.
Sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə həbs edilib.