Martın 18-də Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Mahir Quliyevin mənzilləri və avtomobili müsadirə olunub. Bu haqda Trend xəbər paylaşıb.
Ötən gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Biləsuvarın sabiq icra başçısına hökm oxunub. O, 11 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin Mahir Quliyevin və onun ailəsinin əmlakları müsadirə olunub.
Məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş əmlakların siyahısı bunlardır:
Bununla yanaşı, "Dost" İş Mərkəzi tərəfindən qaldırılmış mülki iddia təmin olunub.