Martın 17-si Biləsuvar rayonu Səmədabad kəndinin keçmiş icra nümayəndəsinin evində yanğın baş verib. Bu barədə Report xəbər paylaşıb.
Öncə Anar Məmmədova məxsus 42 kvadratmetr olan birmərtəbəli fin tipli ev yanıb. Daha sonra isə alov yaxınlıqda ümumi sahəsi 180 kvadratmetr olan İsgəndər Rüstəmovun ikimərtəbəli evinə keçib. Nəticədə onun 2-ci mərtəbəsi yanıb.
Alov söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.