Biləsuvarda qanunsuz tikintinin qarşısı alınıb. Bu barədə aprelin 4-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, vətəndaş Elçin Hüseynov tərəfindən icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib.
Həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.