Biləsuvar rayonunun Əliabad kəndinə içməli su xətti çəkilməsi işlərinə başlanılıb. Bu barədə 4 avqust tarixində Report xəbər verib.
Kəndi içməli su ilə təmin edən “Modul” sudurulducu qurğuya verilən su Cənubi Muğan kanalından ayrılır və Biləsuvar şəhər Mərkəzi Su anbarına qoşulur.
Artıq 1200 metr məsafədə olan qazıntı işləri başa çatdırılıb.
Hazırda d-63 mm-lik boruların montaj və quraşdırılması işləri aparılır.
İşlər yaxın günlərdə başa çatdırılacaq və Əliabad kəndinə xidmət göstərən 17 ədəd bulağa 24 saat duruldulmuş içməli su veriləcək.
[gallery link="file" columns="1" size="full" ids="124437"]