Biləsuvar Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis müavini təyin edilib. Bu barədə 28 aprel tarixində Report məlumat verib.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Nicat Orucov Biləsuvar RPŞ-nin rəisinin xidmət üzrə müavini təyin edilib.
O, bundan əvvəl Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru vəzifəsində işləyib.