Biləsuvar rayonunun Təzəkənd kəndində bıçaqlanma hadisəsi baş verib. Bu barədə 15 iyul tarixində Report məlumat verib.
Rayonun Ağalıkənd kənd sakini, 1983-cü il təvəllüdlü Vasif Abbasov kürək nahiyəsindən bıçaqlanıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona bıçaq xəsarəti yetirməkdə Təzəkənd kənd sakini Vasif Məmmədov şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.