Biləsuvar rayonunda bədbəxt hadisə baş verib. Bu barədə Report 30 noyabr tarixində xəbər verib.
64 yaşlı Amankənd kənd sakini Babaxan Əliyev evlərdən birində təmir işi görərkən ölüb.
Ev sahibinin sözlərinə görə, B.Əliyevin ölümünə səbəb hündürlükdən yıxılması olub.
Faktla bağlı araşdırma aparılır.