Biləsuvar rayonunda intihar hadisəsi baş verib. Bu barədə 10 dekabr tarixində Report məlumat verib.
1990-cı il təvəllüdlü Biləsuvar şəhər sakini Orxan Rəhimov yaşadığı evin həyətində yardımçı tikilidə özünü asaraq həyatına son qoyub.
Hələlik intiharın təfərrüatları məlum deyil.
Faktla bağlı araşdırma aparılır.