Biləsuvar rayonunda dəm qazından zəhərlənmə üzrə 3 fakt qeydə alınıb. Bu barədə Report 4 yanvar tarixində xəbər verib.
Hadisələr son 3 gün ərzində baş verib.
Ayrı-ayrı ünvanlarda qeydə alınan hadisələr zamanı ümumilikdə 4 nəfər dəm qazından zəhərlənib. Hər bir xəstəyə rayon xəstəxanasında tibbi yardımlar göstərilib.
Faktlarla bağlı araşdırma aparılır.