Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə 15 avqust tarixində Report məlumat verib.
Belə ki, rayonun Çaylı kənd sakini Fətullayev Ziyafəddin Fikrət oğlu idarə etdiyi "Ford" markalı yük avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi, 1969-cu il təvəllüdlü Sultanova Səlimə Mirmahmud qızını vurub. Qadın hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.