Biləsuvarda azyaşlı qardaş və bacı zəhərləniblər. Bu barədə 11 may tarixində Report məlumat verib.
Hadisə Biləsuvar şəhəri ərazisində yerləşən evlərdən birində qeydə alınıb.
Belə ki, 1 və 3 yaşlı qardaş və bacı zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına gətiriliblər. Onlara lazımi tibbi yardım göstərilib.
Azyaşlıların dərmandan zəhərləndikləri bildirilir.