Daxili İşlər Nazirliyi (DİN) Biləsuvarda baş verən yanğın barədə məlumat yayıb. Bu barədə 20 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, dekabrın 20-də saat 05:30 radələrində Biləsuvar rayonunun S.Rufullayev küçəsində yerləşən R.Əhədova məxsus yaşayış evi yanıb və həmin vaxt evdə olan 1943-cü il təvəllüdlü Nənələr Əhədova yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.