Biləsuvar rayonunda evdən oğurluq edən şəxslər saxlanılıblar. Bu haqda 2 fevral tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk.
RPŞ əməkdaşları əməliyyat tədbiri keçiriblər. Nəticədə 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini B.Nəbiyeva, Yevlax rayon sakinləri Ş.Əmiraslanova və Ə.Nadirov saxlanılıblar.
Araşdırma aparılır.