Biləsuvar rayonunda növbəti hindtoyuğu festivalı keçirilir. Bu barədə 25 noyabr tarixində Report məlumat verib.
Tədbir Biləsuvar şəhərindəki Mərkəzi Parkda Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə artıq üçüncü ildir keçirilir.
Festivalda cənub bölgəsinin folkloru ilə tanışlıq və həvəskar aşpazların öz bacarıqlarını nümayiş etdirəcəyi, məşhur münsiflər heyətinin isə ən yaxşıları seçəcəyi “Yummy Turkey” adlı kulinariya müsabiqəsi keçiriləcək.
Tədbirdə yerli və paytaxt brendləri, yeməklərin dequstasiyası, əyləncəli-musiqili proqram, aşpazlardan ustad dərsləri, “Mən rəsm çəkirəm” adlı ən yaxşı rəsm müsabiqəsi, nərd çempionatı, müxtəlif idman yarışları və yerli kənd məhsullarından ibarət satış yarmarkası təşkil ediləcək.
[gallery link="file" columns="1" size="full" ids="139294"]