Biləsuvar rayonunda bu gün səhər saatlarında eyni ərazidə xəsarətlə nəticələnən iki yol qəzası baş verib. Bu barədə Report 25 aprel tarixində xəbər verib.
Hər iki hadisə Süd zavodu yaxınlığında qeydə alınıb.
Bir qəzada 3 nəfər rayon sakini - 7 yaşlı D.Mirzəyeva, 34 yaşlı G.Rufullayeva və T.İmanova xəsarət alıblar.
Digər avtoqəza zamanı "VAZ 2106" markalı minik avtomobili yolun kənarına aşıb. Qəza nəticəsində sürücü, 45 yaşlı F.Qurbanov xəsarət alıb.
Hadisələr zamanı xəsarət alan 4 nəfər rayon xəstəxanasına yerləşdirilib.
Faktlarla bağlı araşdırmalar aparılır.