Biləsuvar rayonunda küçəyə heyvan cəsədləri atan qadın inzibati məsuliyyətə cəlb olunub. Bu barədə 10 iyun tarixində Report məlumat verib.
Belə ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Rayon Polis Şöbəsinin apardığı araşdırma və yaxınlıqdakı kameralara baxış zamanı müəyyən edilib ki, iyunun 9-da səhər tezdən Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatı tərəfindən şəhərin küçələri təmizləndikdən sonra, günorta saat 11:15-də şəhər sakini Hüseynova Nigar Fərəməz qızı tərəfindən ölmüş heyvan və quş cəsədi gətirilərək səkiyə atılıb.
Qadın inzibati məsuliyyətə cəlb edilib, belə hərəkətin bir daha təkrarlanmaması barədə xəbərdarlıq edilib.
Qeyd olunub ki, ötən gün sözügedən məsələ barədə məlumat sosial şəbəkə istifadəçiləri tərəfindən “Facebook”da paylaşılıb.