Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsinin önündə sərxoş sürücülər saxlanılıblar. Bu barədə Report.az xəbər yayıb.
İran vətəndaşları olan sürücülər ərazidə Dövlət Yol Polisi əməkdaşları tərəfindən aşkar olunublar. İlkin məlumata görə, onlar öz ölkələrinə keçmək istəyirmişlər.
Hər iki şəxsin avtomobili duracağa qoyulub, özləri isə alkoqoloji testə aparılıblar.
Araşdırma aparılır.