Biləsuvar rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Bu barədə 14 iyul tarixində Report məlumat verib.
Hadisə rayonun Zəhmətabad kəndində qeydə alınıb.
Kənd sakini, 2013-cü il təvəllüdlü Əliyeva Leyla Araz qızını avtomobil vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.