Biləsuvar rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında boks idman növü üzrə rayon birinciliyi keçirilib. Bu barədə 8 noyabr tarixində Report məlumat verib.
Tədbir Biləsuvar Olimpiya İdman Kompleksində baş tutub. Birincilikdə müxtəlif çəki dərəcəsində 64 idmançı iştirak edib.
Sonda qaliblər diplomlarla təltif ediliblər.