Bilgəhdə dənizdə uşaq batıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 14 iyun tarixində xəbər verir.
Hadisə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə 1 nəfərin (uşaq) batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.