Bakıdakı "Binə” və “Sədərək” ticarət mərkəzlərini su basması sığorta hadisəsi hesab olunur. Bu barədə İnsanoid Report-a istiandən bu gün, 29 avqust tarixində xəbər verir.
"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyindən bildirilib ki, bu hadisədən zərər çəkmiş sığortalı əmlakların sahiblərinə ödəniş ediləcək, sığortasız əmlakların sahibləri isə zərəri özləri qarşılamalı olacaqlar.
“ASA olaraq sahibkarlara müraciət edib bildiririk ki, bu kimi hadisələr nəticəsində əlavə xərc və maddi zərərlə üzləşməmək üçün əvvəlcədən sığortalanmalı və risklərini təminat altına almalıdırlar. Çünki daşınmaz əmlak sığortası həm icbaridir, həm də ümumilikdə sosial-iqtisadi müdafiə sipəridir. Daşınmaz əmlakın icbari sığortası növü üzrə qeyri-yaşayış obyektlərinin sığorta tarifi obyektin yeri, təyinatı və miqyası nəzərə alınmaqla müəyyən olunur", – deyə assosiasiya bəyan edib.