Lerikdən olan gənc qız itkin düşüb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 11 iyun tarixində məlumat verir.
Lerik rayonunda anadan olmuş, hazırda Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi sakini olan 26 yaşlı Muxtarova İlahə Teymur qızı 07.06.2024-cü il tarixində saat təxminən 05:45 radələrində yaşadığı Südçülük Sovxozu ərazisindəki evlərindən çıxıb və indiyədək geri qayıtmayıb.
İ.Muxtarovanın əlamətləri bunlardır: boyu 156 sm, arıq bədən quruluşlu, saçları qara, gözləri qəhvəyi rəngdədir. Üzünün sağ hissəsində kəsilmiş yara izi var.
Onun barəsində məlumatı olanlardan Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə, “102” Xidməti Zəng Mərkəzinə, 012-456-03-02, 055-250-85-05, 055-233-22-34, 051-571-03-11, 012-590-72-03 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.