Bakıda liftin qırlması nəticəsində xəsarət alanlar olub. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 17 yanvar tarixində xəbər verir.
Ötən gün saat 18:15 radələrində Xətai rayonu, Gəncə prospekti, 2980/81 ünvanında liftdə baş verən qəza səbəbindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
TƏBİB-dən bildirilib ki, dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Onlardan 2 nəfər böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunublar.