Bir ailənin üç üzvünə 2021/2022-ci tədris ili üzrə təhsil tələbə krediti verilib. Bu barədə Report aprelin 7-də Təhsil Tələbə Krediti Fondunun rəsmisinə istinadən məlumat verib.
Ümumilikdə 47 ailədən 94 tələbə sosial tələbə krediti, 50 ailə olmaqla 101 tələbə isə standart kredit alıb.
Bununla yanaşı, ən çox təhsil krediti IV kurs tələbələrinə verilib. Onların sayı 916 nəfər təşkil edib.
Azərbaycan bölməsi üzrə 2 638 tələbə təhsil krediti alıb. Rus bölməsi üzrə 136, ingilis bölməsi üzrə isə 125 tələbə təhsil tələbə krediti verilib.