Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, siyahıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər.
Bu Sərəncam 2024-cü il fevralın 3-dən qüvvəyə minir.