Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən şəhid Xəlilov İsmayıl Tofiq oğlunun qalıqları ailəsinə təhvil verilib. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 7 iyun tarixində xəbər verir.
Bu gün 32 ildən sonra dəfn yeri və kimliyi müəyyən olunan şəhidlə vida mərasimi keçirilib.
Şəhidin nəşinin qalıqları Abşeron rayonu Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, dövlət qurumlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İsmayıl Xəlilov 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Onun Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.
[caption id="attachment_181923" align="alignnone" width="696"]
Foto APA.az saytı[/caption]