Bu ilin sentyabrında Ermənistan ordusunun törətdiyi təxribat nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov dələduzluqla üzləşib. Bu barədə 27 oktyabr tarixində “Qafqazinfo” şəhidin qardaşının dostu Elyar İslamoğlunun sözlərinə istinadən xəbər verir.
O bildirib ki, Sənana xarici nömrədən zəng edilib və zəngi edən şəxs Moskvada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənovun qohumu olduğunu qeyd edərək Sənandan pul köçürmək üçün hesab nömrəsi istəyib: “Sənan hesab nömrəsini deyib. Daha sonra ondan göndərilən kodu deməsi istənilib. Kodu deyən kimi kart hesabındakı pullar çəkilib. Zəng edən şəxs Sənanın şəhid qardaşı olduğunu bilib. Azərbaycan dilində danışırmış. Zəng edilən nömrə +7939803-81-83”.
Faktla bağlı araşdırma aparılır.