Bakı Nəqliyyat Agentliyi sərnişinlərin marşrut xətləri ilə bağlı məlumatlandırma imkanlarını daha da yaxşılaşdırmaq üçün “Google Maps"la danışıqlar aparır. Bu barədə aprelin 8-də Agentliyin saytında xəbər verilib.
Məlumatda qeyd olunub ki, vətəndaşlar marşrut xətləri ilə bağlı məlumatları alo141.az saytı vasitəsilə ala bilərlər.
Bunun üçün onlar "Necə getməli" bölməsinə daxil olaraq A və B nöqtələrini qeyd etməlidirlər. Burada məsafə, istifadə olunacaq zaman, dayanacaqların sayı və digər məlumatlar əldə etmək olar.
“Avtobuslar” bölməsində isə marşrutun nömrəsini seçməklə həmin marşrutun getdiyi yolu, əsas dayanacaqları və xəttin uzunluğunu görmək olar.
Sözügedən sayt 2017-ci ildən fəaliyyət göstərir.