Bakı Nəqliyyat Agentliyi ötən il paytaxtın müxtəlif küçə və prospektlərində 288 yeni piyada keçidi təşkil edib. Bu barədə 17 yanvar tarixində Bakı Nəqliyyat Agentliyi məlumat verib.
Bunlardan 9-u eyni səviyyəli piyada keçididir.
İl ərzində 12 piyada keçidində “Sarı döyünən işıq” quraşdırılıb, 31 piyada keçidinin işıqlandırılması təmin edilib.
Həmçinin piyada intensivliyinin yüksək olduğu, xüsusilə azyaşlı uşaqların daha çox hərəkət etdiyi təhsil ocaqlarının ətrafında təhlükəsizlik səviyyəsinin daha yüksək həddə çatdırılması üçün asfalt örtüyün üzərinə “Məktəb” və “Yavaş” sözləri yazılıb.