Bölgələrə qar yağıb. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 22 yanvar tarixində məlumat verir.
Saat 17:00-a olan məlumata əsasən, ölkədə qeyri-sabit hava şəraiti davam edir.
Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3,7 metrə çatıb.
Qusar (Ləzə), Qəbələ, Altıağac, Sarıbaş (Qax), Quba, Kişçay (Şəki), Şahdağ, Qrız, Gədəbəy, Daşkəsən, Göygöl, Yardımlı, Lerik, Qobustan, Şamaxıda qar yağıb.
Ağdam, Goranboy, Zərdab, Naftalan, Hacıqabul, Şəmkir, Zaqatala, Göyçay, Lənkəran, Yevlax, Şəki, Kürdəmir, Naxçıvan, Şahbuz, Culfa, Astara, Balakən, Ağstafa, Oğuz, Mingəçevir, İsmayıllı, Tərtər, Sabirabad, Beyləqan, Pirallahıda yağış yağıb.
Bakıda və Abşeron yarımadasında və bölgələrdə yanvarın 23-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək.