Bu günə qədər Ukraynadan Azərbaycana 39 sürücü təxliyə edilib. Bu barədə aprelin 11-də Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından Report-a bildirilib.
Qeyd olunub ki, azərbaycanlı sürücülər Ukraynada çətin və təhlükəli vəziyyətdə qalmışdı.
Təxliyə ilə bağlı təhlükəsiz marşrut müəyyən edildikdən sonra TIR sürücüləri Ukrayna hüdudlarından çıxarılıb. Onlar Moldova-Rumıniya-Bolqarıstan-Türkiyə-Gürcüstan marşrutu üzrə ölkəyə gəliblər.