Bakıda və Abşeron yarımadasında aprelin 11-də havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 10-12°, gündüz 15° isti olacaq.
Rayonlarda hava yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13°, gündüz 22-27°, dağlarda gecə 2-7°, gündüz 12-17° isti olacaq.