Bu gün, martın 18-dən Pegasus Airlines aviaşirkəti İstanbul - Gəncə istiqaməti üzrə uçuşlara başlayır. Bu barədə Sputnik-Azərbaycanın Telegram səhifəsində məlumat yayılıb.
Məlumata əsasən, İstanbuldan Gəncəyə mart ayında biletlərin qiyməti 105 manatdan başlayır. Əks istiqamət üzrə isə qiymət 130 manat təşkil edir.
Qeyd edilib ki, növbəti aylarda qiymətlər artacaq.