Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 22 noyabr tarixində xəbər verir.
Yağıntının yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Gündüz hava, əsasən, yağmursuz olacaq. Şimal-qərb küləyi 12-15 m/s, cənub-şərq küləyi 8-13 m/s sürətlə əsəcək.
Havanın temperaturu gecə 6-9°, gündüz 12-15° isti olacaq.