Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək. Bu barədə Report 26 aprel tarixində məlumat verib.
Bununla da bu gün turnirin ilk finalçısı bəlli olacaq.
Birinci matçda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzan "Neftçi" bu dəfə rəqibini "Bakcell Arena"da sınağa çəkəcək. Mərhələni adlamaq üçün paytaxt klubu ən azı 2 top fərqi ilə qalib gəlməli, bölgə təmsilçisi isə heç-heçə etməlidir. Meydan sahiblərinin minimal hesablı qələbəsi oyunu əlavə vaxta aparacaq.
Digər yarımfinal matçında isə "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Bu görüş aprelin 27-də gerçəkləşəcək.
Azərbaycan Kuboku
Yarımfinal, cavab oyunu
26 aprel
20:00. "Neftçi" - "Turan Tovuz"
Baş hakim: Fərid Hacıyev
İlk oyun - 0:1
Bakı, "Bakcell Arena"
Ölkə kubokunun final oyunu iyunun 3-də "Bakcell Arena"da keçiriləcək.