Bu gün Ermənistan-Azərbaycan sərhədində - Qazax rayonu ərazisində hərbi əsirlərin mübadiləsi baş tutacaq. Bu barədə İnsanoid Turan xəbər agentliyinə istinadən bu gün, 13 dekabr tarixində xəbər verir.
2 Azərbaycan və 32 Ermənistan hərbçisinin azad ediləcəyi gözlənilir.
Dekabrın 7-də Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş Naziri Aparatının birgə bəyanatında əsirlərin dəyişdirilməsi elan edilib.
Erməni hərbçilər 2020-ci ilin dekabrında Hadrut rayonunda və ondan sonrakı dövrdə Ermənistan - Azərbaycan sərhədinin müxtəlif hissələrində və Qarabağın özündə əsir düşənlərdir.
İki azərbaycanlı əsgər 2023-cü ilin aprelində Qafan şəhəri ərazisində əsir götürülüblər.