top
Bu gün Azərbaycanın əməkdar elm xadimi Zərifə Əliyevanın anım günüdür
14 aprel 2022, 23:14
- ↺ +

Bu gün Azərbaycanın əməkdar elm xadimi Zərifə Əliyevanın anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı kəndində anadan olub.

1942-ci ildə orta məktəbi qurtardıqdan sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə həmin institutu bitirmişdir. Sonra Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçmişdir. 1950-1953-ci illərdə Zərifə xanım aspiranturaya daxil olmuş və oranı bitirmişdir.

O, 1957-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1960-1967-ci illərdə böyük elmi işçi olub. 1967-ci ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb. 1977-ci ildə Zərifə Əliyeva tibb elmləri doktoru alimlik dərəcəsinı alıb.

Onun Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri böyükdür. Alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə dair tədqiqatlar aparıb. Zərifə xanım 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Elmi nailiyyətlərinə görə o, 1980-ci ildə Azərbaycan əməkdar elm xadimi fəxri adını alıb. 1981-ci ildə professor Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. O, həmin mükafata layiq görülən ilk qadın olub.

Zərifə xanım Əliyeva 15 aprel 1985-ci ildə Moskvada vəfat edib və Novodeviçye qəbiristanlığında dəfn olunub. Onun cənazəsi 1994-cü ildə Bakıya gətirilərək Birinci Fəxri xiyabanda dəfn olunub.

Bakıda Göz xəstəlikləri İnstitutu və Yasamal rayon ərazisində lisey, Naxçıvan şəhər poliklinikası Zərifə Əliyevanın adını daşıyır. Bakı və Naxçıvanda küçələrdən biri onun şərəfinə adlandırılmışdır.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 00:20

6 il əvvəl Gəncə dördüncü dəfə raket atəşinə tutuldu

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Bütün Xəbərlər
Dünən, 16:43

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

Bütün Xəbərlər
Dünən, 16:07

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı "Bakı Ağ Şəhər"də olublar

Bütün Xəbərlər
Dünən, 16:02

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Bütün Xəbərlər
Dünən, 15:47

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib

Bütün Xəbərlər
Dünən, 14:14

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
Dünən, 13:16

Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 11:19

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyən edilib

Bütün Xəbərlər
Dünən, 10:56

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bütün Xəbərlər
Dünən, 10:11

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasından 87 il ötür

Bütün Xəbərlər
Dünən, 09:37

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Bütün Xəbərlər
Dünən, 09:35

Braziliyada uşaq bağçasında 13 nəfəri girov götürən silahlı şəxs öldürülüb

Bütün Xəbərlər
Dünən, 09:16

Donald Tramp: "Səkkiz Nobel Sülh Mükafatına layiqəm"

Bütün Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün Xəbərlər
09 oktyabr 2026, 16:21

6 övladı olan qadın 48 günlük körpəsi ilə sığınacağa yerləşdirildi – Uşaqların ataları fərqlidir

Bütün Xəbərlər
09 oktyabr 2026, 16:05

Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan 3 Azərbaycan vətəndaşının həbs müddəti növbəti dəfə uzadılıb

Bütün Xəbərlər
09 oktyabr 2026, 13:56

Prezident: "Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir"

Bütün Xəbərlər
09 oktyabr 2026, 13:35

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir

Bütün Xəbərlər
09 oktyabr 2026, 13:31

Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bütün Xəbərlər
09 oktyabr 2026, 13:18

Ağır cinayətləri sifariş etməkdə ittiham olunan "Dəyirman Vahid"ə hökm oxundu

Bütün Xəbərlər
09 oktyabr 2026, 13:12

Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq

Bütün Xəbərlər
09 oktyabr 2026, 12:03

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

Bütün Xəbərlər
09 oktyabr 2026, 11:43

Marneulidə azyaşlı nəvəsini nikaha məcbur etməkdə şübhəli bilinən qadın saxlanılıb

Oxşar xəbərlər