top
Bu gün Azərbaycanın iki şəhid jurnalisti Çingiz Mustafayev və Sirac Abışovun doğum günüdür
29 avqust 2023, 00:33
- ↺ +

Bu gün Azərbaycanın iki şəhid jurnalisti Çingiz Mustafayev və Sirac Abışovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İllər boyu Ermənistanın Vətənimizə qarşı təcavüzü nəticəsində xalqımız minlərlə şəhid verdi. Onların arasında xidməti vəzifələrini yerinə yetirərkən həlak olan jurnalistlər də var. Bu gün onların sırasında olan iki şəhid jurnalist Çingiz Mustafayev və Sirac Abışovun doğum günüdür.

Çingiz Mustafayev özunu hərbi jurnalistikaya həsr edəndən sonra 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərib. Birinci Qarabağ müharibəsi başlayandan sonra cəbhəyə yollanan Çingiz döyüş gedən bütün rayonlardan xəbərlər və reportajlar hazırlayaraq, dünyaya çatdırıb. O, 8 ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib, Xocalı faciəsi zamanı ermənilərin vəhşiliklərini əks etdirən kadrları lentə alıb. Çingiz Mustafayev 15 iyun 1992-ci ildə Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub. O, Bakıdakı Şəhidlər xiyabanında dəfn edilib.

Onun Azərbaycan jurnalistikasındakı qəhrəmanlıq yolunu davam etdirən teleoperator əslən Qubadlıdan olan Sirac Abışovdur. Abışov Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə Qubadlıda olan evini tərk etmək məcburiyyətində idi. O, İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad olunmuş Azərbaycan torpaqlarını video şəklində tamaşaçılara təqdim edirdi. Sirac Abışov 4 iyun 2021-ci ildə Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlığında baş verən partlayış zamanı şəhid olub. O, 5 iyun 2021-ci ildə Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.

Çingiz Mustafayev 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Sirac Abışov isə 2021-ci ildə “Vətənə xidmətə görə” ordeni və “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Allah şəhid jurnalistlərimizə rəhmət eləsin!

Son xəbərlər

Xarici xəbərlər
Bu gün, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Bu gün, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Bu gün, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Bu gün, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Bu gün, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Bu gün, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Bu gün, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Bu gün, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Bu gün, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Bu gün, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Bu gün, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Bu gün, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
Dünən, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
Dünən, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
Dünən, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
Dünən, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
Dünən, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Yerli xəbərlər
Dünən, 16:19

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Yerli xəbərlər
Dünən, 16:15

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Oxşar xəbərlər