top
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Mustafayevin anım günüdür
15 iyun 2023, 04:48
- ↺ +

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Çingiz Mustafayevin anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Çingiz Fuad oğlu Mustafayev 29 avqust 1960-cı ildə Rusiyanın Həştərxan vilayətində, hərbçi ailəsində anadan olub.

Mustafayevin ailəsi 1964-cü ildə Bakıya köçüb. O, 1977-ci ildə Yasamal rayonunun 167 saylı məktəbini bitirib. Mustafayev 1977-1983-cü illərdə indiki Azərbaycan Tibb Universitetində təhsil alıb. Təhsilini başa vuran Çingiz təyinatla indiki Şabran rayonunda üç il həkim işləyib.

Çingiz Mustafayevin həkim olmasına baxmayaraq, jurnalistikaya böyük həvəsi var idi. O, 1990-cı il 20 Yanvar hadisələri zamanı sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri lentə alıb. Mustafayev 1991-ci ildən etibarən jurnalist olmağa qərar verir. 1990-cı illərdə o, Azərbaycan televiziyasında “Ekspromt”, “Cümə axşamı” verilişlərinin, “Gənclik” estrada tamaşasının və “Ozan” rok qrupunun yaradıcısı olur.

Mustafayev kiçik heyəti ilə cəbhəyə səfərlər edib, buradakı vəziyyət barədə məlumatlar paylaşırdı. O, Birinci Qarabağ müharibəsi haqqında 8 ay ərzində 18 sənədli film hazırlamışdır. Onun video və fotomaterialları sayəsində dünya ictimaiyyəti Qarabağ münaqişəsi haqqında həqiqətləri öyrənib, Ermənistan qüvvələrinin dinc əhaliyə qarşı törətdiklərindən xəbər tutmuşdur.

Çingiz Mustafayevin hərbi jurnalistlika karyerasında ən böyük xidmətlərindən biri Xocalı soyqırımını lentə alması idi. O, burada yüzlərlə cəsədi lentə alır.

Çingiz Mustafayev 15 iyun 1992-ci ildə Xocalı rayonunun Naxçıvanlı kəndində hərbi əməliyyatların çəkilişi zamanı aldığı mərmi qəlpəsindən həlak olub. O, Bakının Şəhidlər xiyabanında dəfn olunub.

6 noyabr 1992-ci ildə Çingiz Mustafayev “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
Dünən, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Dünən, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Dünən, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Dünən, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Dünən, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Dünən, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Dünən, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Dünən, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Dünən, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Dünən, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Dünən, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Dünən, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
06 noyabr 2026, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
06 noyabr 2026, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
06 noyabr 2026, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
06 noyabr 2026, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
06 noyabr 2026, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Oxşar xəbərlər