Bu gün paytaxtın Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə İnsanoid Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir.
Rayonun Binəqədi-Biləcəri şosesində yerləşən 39 mənzilli çoxmərtəbəli yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə fevralın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki Vulkan yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.