Bu gün Bakının Qaradağ və Binəqədi rayonlarının qaz təchizatında fasilə yaranacaq. Bu barədə İnsanoid “Azəriqaz” İstehsalat Birliyinə istinadən bu gün, 16 noyabr tarixində məlumat verir.
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yeraltı qaz kəmərində görüləcək təmir işləri və yeni qaz tənzimləyicinin quraşdırılması məqsədi ilə “Pirəkəşkül Broyler fabriki” ölçü qovşağından qidalanan “Müşfiqabad (Əhali)” qaz kəmərində noyabrın 16-da saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Müşfiqabad, Binəqədi rayonunun isə 28 May qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.