28 oktyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən “Smerç” yaylım atəşli reaktiv sistemdən Azərbaycanın Bərdə şəhərinin mərkəzinə raket atılıb. Həmin gün Tərtər və Goranboy rayonları da düşmən tərəfindən atəşə tutulub.
Bərdənin düşmən tərəfindən növbəti dəfə hədəfə alınması mülki əhali arasında ağır itkilərə səbəb olmuşdur. Nəticədə uşaqlar daxil olmaqla 21 nəfər həlak olmuş və 70-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Bərdə rayonu düşmən tərəfindən 2020-ci ilin 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində ağır artilleriya atəşinə tutulmuşdur. Bu hadisələr nəticəsində 29 sakin həlak olmuşdur. Onlardan 2-si uşaq, 8-i qadın, 19-u kişi idi. Xəsarət alanların sayı isə 112-yə çatmışdır.