top
Bu gün böyük çillənin ilk gecəsidir - FOTO
20 dekabr 2024, 03:39
- ↺ +

Bu gün böyük çillənin ilk gecəsidir - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün ilin 365 gecəsinin ən uzunu və 40 gün davam edən Böyük çillənin ilk gecəsidir. Çillə gecəsi Azərbaycanın müxtəlif bölgələrində xüsusi təmtəraqla qeyd edilir.

AZƏRTAC xəbər verir ki, Novruza hazırlıq dekabrın 21-dən başlayır və üç mərhələdə davam edir. Birinci mərhələ Böyük çillə ilə Kiçik çillənin arası (21 dekabr-1 fevral), ikinci mərhələ Kiçik çillənin davam etdiyi müddət (1-20 fevral), üçüncü mərhələ isə dörd həftəlik axır çərşənbələri əhatə edən Boz aydır. Bundan sonra isə Novruz gəlir.

Filologiya elmləri doktoru, professor Yədulla Ağazadə bildirir ki, çillə sözü “çıl” sözündəndir, mənası isə “qırx” deməkdir: “Bu çillə xalq ədəbiyyatında “Şəbi yelda gecəsi” kimi də tanınır. Çillə sözü çətinlik, uzunluq mənasındadır. Yəni, qışın uzun müddət davam edəcək dövrünə qədəm qoyulur və bu dövr ağır keçəcək. İnsanlar isə bu çətin dövrün asan keçməsi üçün çalışır, bu məqsədlə “Şəbi yelda gecəsi”ndə maraqlı adət-ənənələrdən, rəmzlərdən istifadə edirlər. Bu adət-ənənələri bayram gecəsi bişirilən təamlarda, süfrə mədəniyyətində də görürük”.

Adətə görə bu günlərdə nişanlı qızların evlərinə xonça da aparılır. Xonçada isə qırmızı lent bağlanmış qarpızın olması mütləqdir.

Folklorşünas Yədulla Ağazadə deyir ki, xalqımız çilləni bayram kimi keçirməklə çətinliklərdən çıxmaq yollarını ortaya qoyur, soyuqdan, xəstəlikdən qorxmadığını ifadə edir: “Bunlar rəmzi xarakter daşıyır. Qarpızda olan yaşıllıq, sərinlik yazın, boranının narıncı rəngi isə günəşin, istiliyin rəmzidir. Bütün bunlar insanların qışdan, onun soyuğundan, sızağından çəkinmədiyini göstərir. Qarpızın nişanlı qızlara hədiyyə göndərilməsi və digər sovqatların aparılması isə onu göstərir ki, çillə gecəsi xalqımız tərəfindən bayram səviyyəsində qeyd olunur”.

Qədim inanclara görə, hər kəs ürəyində niyyət tutub, çillə axşamı kəsilmiş qarpız və ya qaynadılmış boranıdan bir dilim yesə, həm niyyətinə çatar, həm də növbəti qışa qədər xəstəliklərdən uzaq olar.

[gallery link="file" size="full" ids="210890,210891,210892"]

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Bu gün, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Bu gün, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Bu gün, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər