Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 16 dekabr 1991-ci il tarixli iclasında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilib. 31 dekabr 1989-cu ildə SSRİ ilə İran arasında Araz çayı boyunca olan sərhəd dirəkləri dağıdılıb. Şimali və Cənubi Azərbaycandan olanlar qovuşublar.
2002-ci ildə Heydər Əliyevin Sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılıb. Həmin ildə Azərbaycanın dünyada 200-dən çox diaspor təşkilatı mövcud olub, hazırda isə onların sayı 561-ə çatıb.